«ƏVƏZ OĞLU Construction» MMC 2021-ci ildə təsis edilmişdir. «ƏVƏZ OĞLU Construction» MMC A frame evlərin, bağ evlərinin tikintisini, mənzillərin təmirini ən yüksək keyfiyyətli məhsullardan istifadə etməklə həyata keçirir və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə yaradılmışdır.
Hazırda Veka (Almaniya), Rehau (Almaniya), Winkhaus (Almaniya), Asaş (Türkiyə), Kurtoğlu (Türkiyə), Kanat Alüminium (Türkiyə), Alcas (Türkiyə), Alkon (Türkiyə) və s. kimi istehsalçıların Azərbaycanda distribüteridir. Şirkət adları çəkilən malları Azərbaycana idxal edir və onların topdan ticarətini həyata keçirir. Şirkətin bir çox korporativ müştərilərlə müqavilələri mövcuddur.
«Qiymətlə keyfiyyətin uyğunluğu» — şirkətimizin əsas devizidir.
Veka, Rehau, Winkhaus, Asaş, Kurtoğlu, Kanat Alüminium, Alcas, Alkon və digər brendlərin ən yaxşı avadanlıq və materiallarını istifadə edərək, sizə alüminium və plastik qapı, pəncərə, cəbhə sistemləri və cam balkon sistemlərinin satışı, quraşdırılması və texniki dəstəyi sahəsində ən yaxşı xidməti təmin etməyə çalışırıq.
Əsas fəaliyyət istiqamətləri:
Şirkətimiz tərəfindən görülən bütün işlərdə layihələndirmə sənədləri peşəkar memarlar tərəfindən layihələndirilir, profesional mühəndislər tərəfindən hesabatlar aparılır, bütün sertifikatlarla təmin olunmuş yüksək ixtisaslı işçi briqadaları tərəfindən yerinə yetirilir.
«ƏVƏZ OĞLU Construction» MMC-də biz qabaqcıl texnologiyanı təcrübəli ustalıqla birləşdirərək sizə xüsusi ehtiyaclarınıza uyğun mükəmməl nəticələr təqdim edirik. Stil və performansın mükəmməl uyumunu premium məhsullarımız və mükəmməl xidmətimizlə yaşayın.
Rəsmi Tərəfdaşlar
Partnyorlar
Alüminium və pəncərə sistemləri istehsalçılarından tutmuş dünyaca tanınmış tikinti materialları brendlərinə qədər aparıcı yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq edirik.
Layihəniz üçün bizimlə əlaqə saxlayın. Mütəxəssislərimiz sizə ən uyğun həll təqdim edəcək.